İtaliya Kuboku: 1/8 finala yüksələn 2 komanda bəlli oldu

00:01 - 24 Sentyabr 2025

İtaliya Kubokunda 1/16 final mərhələsinin 2 qarşılaşması baş tutub.

Sportal.az xəbər verir ki, evdə "Palermo"nu 2:1 hesabı ilə məğlub edən "Udineze" və  "Frozinone"ni 4:1 hesabı ilə üstələyən "Kalyari" növbəti mərhələyə yüksəliblər.

Qeyd edək ki, "Udineze" 1/8 finalda "Yuventus"la, "Kalyari" isə "Napoli" ilə qarşılaşacaq.

Xəbər xətti