"Araz-Naxçıvan" I Liqanın lideri ilə qarşılaşacaq

13:56 - 8 Oktyabr 2025

“İmişli” ilə oyundan sonra istirahət edən “Araz-Naxçıvan” məşqlərini bu gün bərpa edəcək.

Sportal.az xəbər verir ki, bu gün və sabahkı məşqlərdən sonra isə komanda Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar yoxlama oyununda gücünü sınayacaq.

Sparrin-rəqib I Liqanın lideri “Şəfa” olacaq. Görüş oktyabrın 10-da, BOS-nın ehtiyat meydanında keçiriləcək və saat 15:00-da start götürəcək.

Xəbər xətti