"Millidə klassik Ayxan Abbasov taktikası görürük" - Ukrayna ilə oyundan gözləntilər

17:26 - 13 Oktyabr 2025

"Millimizi Ukrayna ilə çətin oyun gözləyir. Bir çoxları deyir ki, bu matçdan qalib ayrılacağımız halda Bakıda İslandiya üzərində potensial qələbə bizi pley-off-a aparacaq. 

Ayxan Abbasov motivasiya kimi bunu futbolçularına danışıb. Oyun planında hücum fazasında çox yaxşı deyiliksə, daha çox topsuz oyunda iştirak ediriksə bunun reallaşması qeyri-mümkündür. Millidə də klassik Ayxan Abbasov taktikası görürük, "Şamaxı"dakı kimi...".

Bu açıqlama ilə Sportal TV-nin aparıcı-eksperti Elçin Cəfərov çıxış edib. Tanınmış jurnalist millimizin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna ilə səfərdə qarşılaşacağı matç öncəsi ümumi dəyərləndirmələr edib, baş məşqçi Ayxan Abbasovun son motivasiya açıqlamasına da toxunub.

Xəbər xətti