Futbol üzrə Azərbaycan II Liqasında V turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Şirvan" öz meydanında "Araz Saatlı"nı qəbul edib. Qarşılaşma ev sahiblərrinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 12-yə yüksəldən "Şirvan" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 1 xalı olan "Araz-Saatlı" isə sonuncu yerdədir.
"Şirvan" - "Araz-Saatlı" 4:0
Qollar: C.Nəcizadə, 65, N.İsayev, 66, E.Xəlilov, 79, E.Xəlilli, 87