Millimizə qol vuran futbolçu Fransada ən yaxşı seçildi

20:37 - 13 Oktyabr 2025

Liqa 1-də sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Lans"ın hücumçusu Florian Toven ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu qalib olmaq üçün "Brest"in hücumçusu Roman del Kastilyo və PSJ-nin yarımmüdafiəçisi Vitinyanı qabaqlayıb. 32 yaşlı oyunçu sentyabr ayında Fransa çempionatında keçirdiyi 3 oyunda 1 qol vurub.

Qeyd edək ki, Floriaan Toven Fransa millisinin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanı 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada komandasının 3-cü qolunun müəllifi olub.

Xəbər xətti