Baş məşqçi Domeniko Tedeskonun qərarı ilə "Fənərbaxça"nın əsas komandasında uzaqlaşdırılan İrfan Can Kahveci İstanbulda klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Beşiktaş" 30 yaşlı vingeri transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Qara qartallar" İrfan Canın klubundakı durumunu yaxından izləyir. "Beşiktaş" fürstədən istifadə edərək yanvar ayında Türkiyə millisinin üzvü üçün rəsmi təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Fənərbaxça" İrfan Can Kahvecini 2021-ci ilin yanvar ayında "Başakşehir"dən 7 milyon avroya transfer edib. Təcrübəli futbolçu bu mövsüm Super Liqa təmsilçisinin heyətində 12 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi