İtaliya millisinin sabiq üzvü ölkəsində oynayacaq

12:47 - 10 Noyabr 2025

İtaliya millisinin sabiq üzvü Lorenzo İnsinye karyerasını yenidən ölkəsində davam etdirə bilər.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Komo” ilə danışıq aparır.

Baş məşqçi Sesk Fabreqas İnsinyeni sərəncamında görmək istəyir. “Toronto”dan ayrıldıqdan sonra klubsuz qalan İnsinye özü də “Komo”da oynamağa hazırdır. 

Təcrübəli futbolçu “Napoli”, “Kaveze”, “Foggia”, “Peskara” klublarında da çıxış edib.
 

Xəbər xətti