"İkinci hissənin əvvəlində penalti olmasaydı, matç son saniyəyə qədər daha gərgin gedəcəkdi"

14:49 - 10 Noyabr 2025

"Neftçi" və "Qarabağ"ın veteran futbolçusu, bu klublarda məşqçi kimi də çalışmış Nazim Əliyev Sportal.az saytına açıqlama verib.

O, Misli Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilmiş "Qarabağ" - "Neftçi" (2:0) görüşü haqda fikirlərini bildirib:

"Əslində, gözlənilən qədər elə gərgin və maraqlı oyun oldu. Təbii ki, "Qarabağ" favorit sayılırdı. Çünki illərdir ki, çempion olurlar və Çempionlar Liqasında da uğurlu nəticələr qazanırlar. "Neftçi"də də dirçəliş var idi, komanda son matçlarda qalib gəlirdi. "Qarabağ" son görüşdə "Çelsi" kimi rəqiblə 2:2 oynamışdı. Bir çox məqamlar var idi ki, bu oyuna marağı daha da artırırdı. Təbii ki, ikinci hissənin əvvəlində penalti olmasaydı, matç son saniyəyə qədər daha gərgin gedəcəkdi. Amma "Qarabağ" iki qol vuraraq, qələbə qazandı. "Neftçi"nin bu mövsüm daha yaxşı nəticələr qazanacağını düşünmək olar. Hər halda, indi fasilədir, qarşıda oyunlar çoxdur. Hər halda, "Neftçi"ni də çempionluq mübarizəsində görmək maraqlıdır".

Mirbağırağa

Xəbər xətti