“Real”ın futbolçusu Federiko Valverde İspaniya La Liqasının 12-ci turunun “Rayo Valyekano” ilə oyununda (0:0) zədələnib.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Klubun tibbi xidmətləri tərəfindən bu gün aparılan müayinənin nəticələrinə əsasən uruqvaylı yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb. 27 yaşlı oyunçu Uruqvay millisinin düşərgəsinə getməyəcək.
Federiko Valverde bu mövsüm “Real”ın heyətində meydana çıxdığı 15 rəsmi matçda 4 qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, Madrid klubu bundan əvvəl qapıçı Tibo Kurtuanın qasıq əzələsindəki zədə səbəbindən sıradan çıxdığı bildirilmişdi.
saytlarin hazirlanmasi
