"Şəki Siti" 4 qolla qalib gəldi - VİDEO

20:16 - 10 Noyabr 2025

Futbol üzrə Azərbaycan II Liqasında VIII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Kür-Araz" öz meydanında "Şəki Siti"ni qəbul edib. Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 16-ya yüksəldən "Şəki Siti" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 7 xalı olan "Kür-Araz" isə 8-ci yerdədir.

"Kür-Araz" - "Şəki Siti" 1:4
Qollar:
 B.Əliyev, 32 - R.Məhərrəmov, 14, C.İmamverdiyev, 16, 90 (pen), T.Zeynalov, 20

Xəbər xətti