İtaliya millisi Norveçlə matça ciddi itki ilə çıxacaq

18:23 - 15 Noyabr 2025

İtaliya milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 8-ci turu çərçivəsində öz meydanında Norveç yığmasını qəbul edəcək.

Sportal.az xəbər verir ki, dördqat dünya çempionları oyuna ciddi itki ilə çıxacaq.

Sandro Tonali komandaya kömək edə bilməyəcək. "Nyukasl"ın yarımmüdafiəçisi zədəlidir. 25 yaşlı futbolçu klubunun düşərrgəsinə qayıdacaq.

Qeyd edək ki, İtaliya - Norveç qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Xəbər xətti