Millimiz 4 pillə gerilədi - FIFA reytinqi

20:19 - 19 Noyabr 2025

FIFA milli komandalar yeni reytinq siyahısını açıqlayıb.

Sportal.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 4 pillə geriləyib.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 1132.97 xalla 127-ci yerdədir. Millimiz oktyabr ayında 142.25 xalla 123-cü pillədə idi.

Qeyd edək ki, reytinq cədvəlinə  İspaniya (1877.18 xal) başçılıq edir.

Xəbər xətti