"Baş məşqçinin etimadını qazanmağa cəhd edirəm" - Rodriqo

20:50 - 19 Noyabr 2025

“Real”ın futbolçusu Rodriqo klubdakı vəziyyəti barədə danışıb.

Sportal.az xəbər verir ki, braziliyalı vinger 2025/26 mövsümündə “kral klubu”nun start heyətində cəmi üç dəfə meydana çıxıb. 24 yaşlı oyunçu baş məşqçi Xabi Alonsonun etimadını qazanmağa çalışdığını bildirib:

“Mən çox şey edə bilmərəm. Yalnız hər məşqdə əzmlə çalışa bilərəm. Yaxşı çalışıb baş məşqçinin etimadını qazanmağa cəhd edirəm. Braziliya millisində isə Karlo Ançelottinin mənə etimad göstərdiyini hiss edirəm".

Qeyd edək ki, Rodriqonun adı İngiltərə Premyer Liqası klubları ilə hallanır. "Transfermarkt"ın qiymətləndirməsinə görə, onun dəyəri 80 milyon avrodur.

Xəbər xətti