Bukayo Saka və “Arsenal” müqavilənin uzadılması üzrə prinsipial razılığa gəliblər.
Sportal.az xəbər verir ki, futbolçu 2030-cu ilə qədər yeni müqaviləni qəbul edib. 24 yaşlı qanad oyunçusunun “topçular”la mövcud müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub. London klubu Saka ilə müqaviləni Vilyam Salibanın da müqaviləsinin uzadılmasından sonra imzalayacaq.
Qeyd edək ki, bu mövsümdə Bukayo Premyer Liqada 9 oyuna çıxıb və 3 qol vurub.
saytlarin hazirlanmasi
