Əşrəf Hakimi Afrika Futbol Konfederasiyasının mükafatına layiq görülüb.
Sportal.az xəbər verir ki, PSJ və Mərakeş millisinin müdafiəçisi Afrikada ilin ən yaxşı futbolçusu seçilib. Mükafat uğrunda mübarizədə o, Məhəmməd Salah (“Liverpul”, Misir) və Viktor Osimhen (“Qalatasaray”, Nigeriya) üzərində üstün olub.
Həmçinin, ilin ən yaxşı qapıçısı Yassin Bunu (“Əl-Hilal”, Mərakeş), ilin komandası Mərakeş U20, ilin klubu isə "Piramids" seçilib.
saytlarin hazirlanmasi
