"Mən millinin baş məşqçisiyəm, təmizlikçi deyil" - Poçettino jurnalistin sualına əsəbiləşdi

01:05 - 20 Noyabr 2025

Maurisio Poçettino ABŞ millisinin Uruqvay üzərində 5:1 hesablı qələbəsindən sonra jurnalistin suallarından məmnun qalmayıb.

Sportal.az xəbər verir ki, Argentina əsilli mütəxəssis bir ildən bir az artıq müddətdə Amerika millisində 71 futbolçudan istifadə edib. Komanda 13 qələbə qazanıb, 7 dəfə məğlub olub və iki dəfə heç-heçə edib.

Ondan komandanın əsas heyətində daimi oyunçuların olmaması ilə bağlı sual verildikdə, Poçettino qarşı sual verib: “Bəs bu daimi oyunçular kimdir?”

Jurnalist sualı dəqiqləşdirməyə çalışarkən, baş məşqçi onu kəsib deyib: “Mən demək istəyirəm, bəlkə mətbuat konfransını dayandıraq, mən geyim otağına gedim, qayıdım və yenidən başlayaq. Çünki sanki biz 1:5 uduzmuşuq kimi səslənir. Mən ABŞ millisinə baş məşqçiyəm, təmizlikçi deyiləm. Bəs hansı daimi oyunçulardan danışırsınız, çünki mən başa düşmürəm nə demək istəyirsiniz.”

Jurnalist bildirib ki, daha təcrübəli oyunçuları nəzərdə tutub.

Poçettino yenidən soruşub: “Hansı? Hansı? Biz bunu müzakirə etməliyik ki, oyunçuları təbrik edək. Bilmirəm, onlar mətbuat konfransını izləyirlərmi, amma əgər kimsə hiss edirsə ki, daimi oyunçu deyil, amma oynayır və yaxşı çıxış edir, onda onun yerində mən məyus olardım. Açığı, mən yorulmuşam və bəlkə də ingiliscəni başa düşmürəm. Amma ilk suallardan çox məyus olmuşam, çünki başa düşmürəm ki, siz cavab olaraq nə eşitmək istəyirsiniz?"

Xəbər xətti