Türkiyə millisinin üzvü üçün 100 milyon avro

15:50 - 20 Dekabr 2025

“Mançester Yunayted” “Yuventus”un vingeri Kenan Yıldızı transfer etməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, İngiltərə klubunun rəhbərliyi 20 yaşlı futbolçunu prioritet transfer hədəfi kimi nəzərdən keçirir.

“Mançester Yunayted” “ağ-qaralar”ın oyunçusu üçün təxminən 100 milyon avro ödəməyə hazırdır. "Qırmızı şeytanlar"ın nümayəndələrinin fikrincə, bu məbləğ italiyalıları tam şəkildə qane etməlidir.

Futbolçunun klubla mövcud müqaviləsi 30 iyun 2029-cu ilədək qüvvədədir. "Transfermarkt" portalı onun bazar dəyərini 75 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Türkiyə millisinin üzvü olan Kenan Yıldız bu mövsüm “Yuventus”un heyətində 21 matça çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə verib.

Xəbər xətti