"Yuventus"u bu kluba dəyişəcək

14:59 - 27 Dekabr 2025

"Yuventus"un qapıçısı Mattia Perin A Seriyasında klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, italiyalı qolkiper "Cenoa"ya keçəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. 33 yaşlı "əlcək sahibi" yanvar ayında "mavi-qırmızılar"ın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, "Yuventus" Mattia Perini 2018-ci ilin yayında məhz "Cenoa"dan transfer edib. İtaliya millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti