“Qarabağ”ın “Akademiko Vizeu"nun hücumçusu Andre Klovislə danışıqları yenidən bərpa etməsi barədə xəbərlər yayılıb.
Sportal.az xəbər verir ki, sosial şəbəkələrdə tirajlanan məlumata görə, Azərbaycan çempionu Portuqalyanın ikinci liqasında forma geyinən braziliyalı ilə anlaşmağa çox yaxındır.
İddiaya görə, budəfəki görüşmələr ”sambaçı”nın öz təşəbbüsü ilə baş tutub. 27 yaşlı cənubi amerikalının ”köhlən atlar”la müqavilə imzalamaq üçün maliyyə şərtlərində güzəştə getdiyi qeyd olunur.
Karyerası ərzində “İnternasional”, “Portimonenşe”, “Leykşoeş” və “Eştoril“in də formasını geyinmiş Klovisin Azərbaycana gəlmək üçün “Akademiko Vizeu" rəhbərliyinə təzyiq etdiyi deyilir.
Çünki onun hazırkı klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Braziliyalı ona görə tələb olunan təzminatın məbləğinin aşağı salınmasına çalışır.
Sportinfo.az saytı “Qarabağ“dan bu yöndə yeni informasiya əldə eləyib. Məlum olub ki, portuqaliyalılar Klovisə 5 milyon avro qiymət qoyub.
Ağdam təmsilçisinin ödəmə etməyə planlaşdırdığı kompensasiya isə bundasn 3 dəfə aşağıdır. Çempionlar Liqasındakı nümayəndəmiz ən yaxşı halda 1,5 milyon avro xərcə düşməyə hazırdır, bundan artığına yox.
saytlarin hazirlanmasi
