"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo "Globe Soccer Awards" mükafatlandırma mərasimində karyerası ərzində 1000 qol vurmaq niyyətində olduğunu bildirib.
Sportal.az xəbər verir ki, dünən vurduğu dubl sayəsində hesabında 956 qol olan portuqaliyalı ardıcıl üçüncü dəfə Yaxın Şərqdə ilin ən yaxşı futbolçusu seçilib.
"Bu, mənim ən sevdiyim mərasimlərdən biridir, çünki burada çoxlu gözəl insanları görürəm, xüsusilə məni hər zaman dəstəkləməyə hazır olan həyat yoldaşımı, eləcə də uşaqlarımı, valideynlərimi və komanda yoldaşlarımı. Oynamağa davam etmək mənim üçün çətindir, amma ehtiras hər şeydən üstündür. Mən hələ də çox motivasiyalıyam, məhz buna görə də oynamağa davam edirəm. Mən hər zaman oynamaq, qollar vurmaq, titullar qazanmaq istəyirəm... Eyni ruhda davam etmək niyyətindəyəm.
Siz mənim məqsədimin nə olduğunu bilirsiniz. Mən mümkün qədər çox titul qazanmaq və hamınıza məlum olan o rəqəmə çatmaq istəyirəm. Mən bunu mütləq edəcəyəm... Əgər zədələr olmazsa... Yeni iliniz mübarək!" - deyə Ronaldo bildirib.
saytlarin hazirlanmasi
