Levandovski yalnız Messidən geri qalır

00:34 - 12 Yanvar 2026

Robert Levandovski karyerası ərzində “Real”a 12 qol vurub.

Sportal.az xəbər verir ki, “Barselona”nın hücumçusu Madrid klubu ilə İspaniya Superkuboku finalında fərqlənib (2:2, ikinci hissə). Polşalı futbolçu həmçinin “Borussiya” Dortmund və “Bavariya”da çıxış edərkən də “Real”a qol vurub.

Bu göstərici ilə Levandovski Luis Suarezi və Antuan Qrizmannla eyni səviyyəyə çatıb. XXI əsrdə yalnız Lionel Messi “Real”a daha çox - 26 qol vurub.

Xəbər xətti