"Real" Portuqaliya millisinin üzvünü istəyir

20:23 - 18 Yanvar 2026

"Real" qış "transfer pəncərəsi" zamanı Vitinyanı transfer etməyi planlaşdırır.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi PSJ-nin 25 yaşlı yarımmüdafiəçisi üçün danışıqlara başlayıb.

Fransa nəhənginin bu keçidə hansı cavabı verəcəyi hələ ki dəqiq deyil.

Qeyd edək ki, Portuqaliya millisinin üzvünün PSJ ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

Vitinya "Porto” və “Vulverhempton” klublarının da üzvü olub.

Xəbər xətti