Keçmiş "Bavariya" və Almaniya millisinin hücumçusu Yurgen Klinsmann Münhen klubunun hücumçusu Harri Keyn haqqında danışıb.
Sportal.az xəbər verir ki, Klinsmann öz açıqlamasında bunları qeyd edib:
"Əgər mən də öz vaxtımda eyni şeyi etsəydim, geri çəkilib ötürmələr verərək oynasaydım, Lotar Matteus məni meydandan qovardı. Amma yox, Harri illərdir belə oynayır. Bu sadəcə fantastikadır."
Qeyd edək ki, cari Bundesliqa mövsümündə Keyn "Bavariya" üçün 21 qol vurub və 4 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
