Unay Emeri "Aston Villa"nın "Everton" (0:1) qarşısında aldığı məğlubiyyətdən sonra müsahibəsində maraqlı çıxışı ilə yadda qalıb.
Sportal.az xəbər verir ki, ispan mütəxəssis suallara bəzən bir sözlə cavab verib, bəzən isə tamamilə susub:
"Biz top-5 namizədlər sırasında deyilik. Başqa komandalar var ki, potensialları bizimkindən yüksəkdir".– deyə "Aston Villa"nın baş məşqçisi bildirib.
Qeyd edək ki, "Aston Villa" 22 turdan sonra 43 xalla 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi
