Millimizin üzvü oynadı, komandası qazandı

11:18 - 2 Mart 2026

Niderland yüksək liqasında 25-ci turun matçları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ozancan Kökçünün formasını geyindiyi "Volendam" doğma meydanda "Qroningen"lə üz-üzə gəlib.

Görüş "Volendam"ın 3:2 hesablı qalibiyyəti ilə başa çatıb.

Yığmamızın yarımmüdafiəçisi 79 dəqiqə meydanda olub.

Xal ehtiyatını 27-yə çatdıran "Volendam" turnir cədvəlində təhlükəli zonadan bir qədər uzaqlaşmaqla 14-cü pilləyə yüksəlib.

Xəbər xətti