"Biz ən yaxşılarla birlikdə oynamaq istəyirik" - Vinisiusdan Neymar barədə

00:03 - 26 Mart 2026

"Real"ın vingeri Vinisius Junior Braziliya millisində Neymarın geri dönməsi ümidini ifadə edib.

Sportal.az xəbər verir ki, "Real"In futbolçusu öz açıqlamasında bunları qeyd edib:

"Son mövsümlərdə mən ən yaxşılardan biri olmuşam, eləcə də Rafinha. Kasemiro… Onun haqqında danışmağa ehtiyac yoxdur, böyük təcrübəsi var. Neymara təzyiq göstərmək normaldır. Mən obyektiv ola bilmirəm, çünki Ney mənim idolumdur. O, 100% vermək və millisə qayıtmaq üçün hər şeyi edir… İndi qərar məşqçiyə qalır. Amma biz, futbolçular, həmişə ən yaxşılarla birlikdə oynamaq istəyirik.

 Ançelotti həmişə oyunçularla danışır. O, soruşur, hansı mövqedə oynamaq istəyirik və müdafiədə necə çıxış etməyi üstün tuturuq. Amma qərar yenə də ona aiddir. Onunla dialoq bizim üçün çox önəmlidir, çünki biz hər zaman ondan öyrənirik. Ümid edirik ki, onun ideyaları mümkün qədər tez mənimsənilər və tətbiq olunacaq."

Xəbər xətti