Abubakar "Porto"nun prezidenti ilə görüşdü - FOTO

00:45 - 26 Mart 2026

“Neftçi”nin hücumçusu Vensan Abubakar çempionatda yaranan fasilədən istifadə edərək Portuqaliyada "Porto"nun düşərgəsində olub.

Sportal.az xəbər verir ki, “Portu”nun sabiq hücumçusu illər sonra “Draqao” stadionunu ziyarət edərək “Portu”nun prezidenti Andre Villaş Boaşla görüşüb. Abubakar bu görüşdən foto paylaşaraq təşəkkürünü bildirib.

Qeyd edək ki, təcrübəli hücumçunun ötən ilin fevralında Kamerunun paytaxtı Yaundedə təsis etdiyi akademiyası ilə “Portu” klubu arasında əməkdaşlığın qurulacağı gözlənilir.


Xəbər xətti