Azərbaycan - Sent Lüsiya matçının hakimləri açıqlandı

12:18 - 26 Mart 2026

Azərbaycan milli komandasının “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə Sumqayıtda keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək:

27 mart

19:00. Azərbaycan – Sent Lüsiya
Baş hakim: Giorgi Kruaşvili
Baş hakimin köməkçiləri: Levan Varamişvili, Giorgi Elikaşvili
Dördüncü hakim: Koba Revazaşvili
(Hakimlər briqadası Gürcüstandandır)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Xəbər xətti