"Fənərbaxça"nın prezidenti komandaya böyük məbləğdə mükafat vəd etdi

15:49 - 14 Aprel 2026

"Fənərbaxça"nın prezidenti Sadettin Saran çempion olacağı təqdirdə komandaya böyük mükafat vəd edib.

Sportal.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhənginin rəhbəri qarşıdakı 5 görüşdə qazanılsa kollektivə 10 milyon avro bonus verəcək. Saran həmçinin, futbolçuların bu günə qədər olaan bütün maaşlarını ödəyib.

Qeyd edək ki, 29 turdan sonra 66 xal toplayan "Fənərbaxça" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Lider "Qalatasaray"ın isə 68 xalı var. Əzəli rəqiblər ayın 26-də üz-üzə gələcəklər.

Xəbər xətti