"Beşiktaş" portuqaliyalı qapıçı ilə anlaşdı

16:11 - 14 Aprel 2026

"Vulverhempton"un qapıçısı Joze Pedro Sa karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" portuqaliyalı qolkiperi transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İstanbul nəhəngi Sa ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Qara qartallar" 33 yaşlı "əlcək sahibi" üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Vulverhempton" Joze Pedro Sanı 2021-ci ilin yayında "Olimpiakos"dan 8 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda qapsında 38 qol görüb.

Xəbər xətti