PSJ Dembele ilə anlaşa bilmir

20:22 - 14 Aprel 2026

PSJ Usman Dembele ilə yeni müqavilə üçün anlaşa bilmir.

Sportal.az xəbər verir ki, artıqq tərəflər arasında danışıqlar dayandırılıb. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Fransalı hücumçu klubdan maaşının artırılmasını tələb edir. Liqa 1 nəhəngi isə onun bu tələbi ilə razılaşmır.

28 yaşlı forvardla İngiltərə və Səudiyyə Ərəbistanı klubları yaxından maraqlanır.

Qeyd edək ki, PSJ Usman Dembeleni 2023-cü ilin yayında "Barselona"dan 50 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 14 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti