Türkiyənin "Fənərbaxça" klubunda ayrılıqlar gerçəkləşib.
Sportal.az xəbər verir ki, İstanbul nəhəngi baş məşqçi Domeniko Tedesko, idman direktoru Devin Özek və futbol koordinatoru Berke Çelebi ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onların hər biri ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Komandanı mövsümün qalan üç oyununa köməkçi məşqçi vəzifəsində çalışan Zeki Murat Göle çıxaracaq.
Domeniko Tedesko 2025-ci ilin sentyabrında komandanın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu.
Qeyd edək ki, "Fənərbaxça" Türkiyə Super Liqasında 31 turdan sonra 67 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Onlar lider "Qalatasaray"dan 7 xal geri qalırlar.
saytlarin hazirlanmasi
