"Milan" İspaniya millisinin müdafiəçisini transfer etmək istəyir

15:51 - 28 Aprel 2026

"Milan" yeni mövsüm üçün müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, "rossonerilər"in əsas hədəfi "Latsio"da çıxış edən Mario Xiladır. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

"Milan" artıq ispaniyalı futbolçu ilə ilkin danışıqlara başlayıb. Xila "qırmızı-qaralar"da oynamağa isti yanaşır.

25 yaşlı mərkəz müdafiəçisi paytaxt klubunun gələn ilin yayında başa çatan müqavilənin uzadılması təklifini qəbul etməyib. Belə olan halda romalılar İspaniya millisinin üzvünü yayda 20 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, "Latsio" Mario Xilanı 2022-ci ilin yayında "Real"dan 6 milyon avroya transfer edib. Futbolçu bu mövsüm komandanın heyətində 32 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti