"Barselona"nın vingeri gələn mövsüm də komandada qalmaq istəyir

22:50 - 28 Aprel 2026

“Mançester Yunayted”in vingeri, hazırda icarə əsasında “Barselona”da çıxış edən Markus Reşford İspaniya klubundan ayrılmaq istəmir.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, daha əvvəl “Barselona”nın ingilis futbolçunu yenidən icarəyə götürmək və ya onun 30 milyon avroluq transfer məbləğini azaltmaq istədiyi barədə məlumat yayılmışdı.

Reşforda bu danışıqlar barədə hələlik heç nə bildirilməyib. Buna baxmayaraq, Markus gələn mövsüm də “Barselona”da qalmaq istəyir.

Qeyd edək ki, cari La Liqa mövsümündə Reşford 28 oyunda iştirak edib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.

Xəbər xətti