Harri Keyn Çempionlar Liqası tarixində ardıcıl 6 oyunda qol vuran ilk ingilis futbolçu olub.
Sportal.az xəbər verir ki, “Bavariya”nın hücumçusu Çempionlar Liqasının yarımfinalının ilk oyununda PSJ-yə qarşı 17-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib (3:2, ilk hissə).
Keyn turnirdə əvvəlki 5 oyunda da qol vurmuşdu. Ümumi mərhələdə “Yunion” və “PSV”yə, 1/8 finalda “Atalanta”ya, 1/4 finalda isə “Real"a qarşı hər iki oyunda. Son 6 ÇL matçında o, ümumilikdə 8 qol vurub.
Beləliklə, Keyn İngiltərə futbolçuları arasında Çempionlar Liqasında ardıcıl oyunlarda qol vurma rekordunu yeniləyib və 2008-ci ildə 5 oyun ardıcıl qol vuran Stiven Cerrardı geridə qoyub.
Qeyd edək ki, cari turnirdə isə Keynin göstəricisi 13 oyunda 13 qoldur.
saytlarin hazirlanmasi
