Azərbaycandan sonra Ermənistanda keçiriləcək - dünya çempionatı

12:18 - 29 Aprel 2026

2029-cu ildə U-20 yığma komandaları arasında futbol üzrə dünya çempionatı Ermənistan və Gürcüstanın birgə təşkilatçılığı ilə keçiriləcək.

Sportal.az xəbər verir ki, bununla bağlı FİFA-nın İcraiyyə Komitəsinin Kanadanın Vankuver şəhərində keçirilmiş iclasında qərar qəbul edilib.

İki respublikanın birgə namizədlik təklifi yekdilliklə təsdiqlənib.

Xatırladaq ki, buna qədər, yəni 2027-ci ildə U-20 yığmalarının dünya çempionatını Azərbaycan və Özbəkistan birlikdə ev sahibliyi edəcək.

Xəbər xətti