"Sumqayıt"ın baş məşqçisinə 2, prezidentinə 5 oyunluq cəza verildi

15:43 - 6 May 2026

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

2 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXX turun “Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 5000 manat cərimə edilsin (maddə 51.1);

2 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXX turun “Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” komandasının prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyun oyuna buraxılmasın, “Sumqayıt” komandası 5000 manat cərimə edilsin (maddə 87.1, 19);

Xəbər xətti