"Onun kimi oyunçular Braziliyaya altıncı dünya kubokunu gətirə bilər"

00:10 - 11 İyun 2026

Rafinya Vinísius Cunior barədə fikirlərini bölüşüb və onun Braziliya millisi üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Sportal.az xəbər verir ki, o deyib ki, Vinisius gənc olmasına baxmayaraq təcrübəsi və qazandığı titullar sayəsində dünya çempionatında oyunun taleyini həll edə bilər və Braziliyaya 6-cı dünya çempionluğunu qazandıra bilər.

“Vinisius gəncdir, amma təcrübəsi və qazandığı titullar sayəsində dünya çempionatında oyunun taleyini dəyişə və bizə 6-cı çempionluğu gətirə bilər. Mən də özümü belə futbolçular kateqoriyasına aid edirəm”, – deyə Rafinya bildirib.

Qeyd edək ki, DÇ-2026-da Braziliya Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə eyni qrupda yer alacaq.

Xəbər xətti