İspaniya millisinin hücumçusu dünya çempionatının ilk oyununu buraxacaq

18:39 - 9 İyun 2026

İspaniya milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, hücumçu Mikel Oyarsabal sıradan çıxıb.

"Real Sosyedad"ın forvardı Peru ilə yoldaşlıq oyununda (3:1) topuğundan zədə alıb. 29 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin ilk turunun Kabo-Verde ilə matçında iştirak edə bilməyəcək. Qarşılaşma 15 iyun tarixində baş tutacaq.

Qeyd edək ki, İspaniya yığmasının qrupdakı digər rəqibləri Səudiyyə Ərəbistanı və Uruqvaydır.

Xəbər xətti