"Barselona" gələcəkdə Hansi Flikin yerinə baş məşqçi təyin etmək üçün Sesk Fabreqası əsas namizəd hesab edir.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, idman direktoru Dekonun rəhbərlik etdiyi “Barselona”nın idman bloku Fabreqası gələcəkdə komandanın baş məşqçisi postuna ən uyğun namizəd kimi görür.
Kataloniya klubu artıq hazırda Komo 1907u çalışdıran Fabreqasla 2028-ci ildə mümkün təyinatla bağlı əlaqə saxlayıb. Həmin il Flikin müqaviləsinin müddəti başa çatacaq.
Bundan əlavə, iddia olunur ki, bir neçə ay əvvəl “Barselona” rəhbərliyi “Komo” ilə də Fabreqas məsələsini müzakirə edib. Franseskin 2028-ci ildən sonra mümkün təyinatı ilə bağlı prosesə klub prezidenti Xuan Laportanın müşaviri Aleksandro Ecçevarría nəzarət edir.
saytlarin hazirlanmasi
