İngiltərə milli komandasının sabiq müdafiəçisi Kiran Tripyer karyerasını “Vulverhempton”da davam etdirəcək.
Sportal.az xəbər verir ki, artıq tərəflər arasında rəsmi müqavilə imzalanıb.
Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı ingilisin müqaviləsi 2028-ci ilin yayına qədərdir. Onun “Nyukasl”la müqavilə müddəti bu ayın sonunda başa çatacaq.
Əlavə edək ki, “Vulverhempton” 2025/2026 mövsümünün yekununa əsasən Premyer Liqadan Çempionşipə düşüb.
Kiran karyerası ərzində “Mançester Siti”, “Barnsli”, “Börnli”, “Tottenhem”, “Atletiko”(Madrid) klublarında çıxış edib.
