"Almeriya" və "Malaqa" La Liqaya yüksəlmək üçün keçirilən pley-off finalında qarşılaşacaq.
Sportal.az xəbər verir ki, yarımfinalda "Almeriya" iki oyunun nəticəsinə görə "Kastellon" üzərində qələbə qazanıb (1:1, 3:2).
Məlumata görə, klubun səhmlərinin 25%-i Kriştiano Ronaldoya məxsusdur. "Malaga" isə yarımfinalda "Las Palmas"ı iki oyunun nəticəsinə görə (1:0, 1:1) mübarizədən kənarlaşdırıb.
Final oyunları 14 və 20 iyun tarixlərində keçiriləcək və qalib komanda La Liqaya yüksəlmək hüququ qazanacaq.
saytlarin hazirlanmasi
