Kazemironun yeni klubu bəlli oldu

16:20 - 20 İyun 2026

"Mançester Yunayted"lə müqaviləsi başa çatan Kazemironun yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını ABŞ-də davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Kazemiro "İnter Mayami" ilə anlaşıb. 34 yaşlı dayaq yarımmüdafiəçisi MLS təmsilçisi ilə sözləşmənin bütün şərtlərini razılaşdırıb.

Qeyd edək ki, "Mançester Yunayted" Kazemironu 2022-ci  ilin yayında "Real"dan 70 milyon avroya transfer etmişdi. Braziliya millisinin üzvü 2025/26 mövsümündə "qırmızı çeytanlar"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti