"Sabah"ın potensial rəqiblərinin qarşılaşmasında Finlandiya təmsilçisi qələbə qazandı

23:28 - 7 İyul 2026

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk matçları keçirilir.

Sportal.az xəbər verir ki, Finlandiya təmsilçisi KuPS səfərdə Şimali Makedoniyanın “Vardar” klubu ilə qarşılaşıb. Matç səfər komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı iyulun 14-də keçiriləcək.

Qeyd edək ki, “Sabah” TNS səddini aşacağı halda, məhz “Vardar” - KuPS cütünün qalibi ilə üz-üzə gələcək.

Xəbər xətti