PSJ "Barselona"nın hücumçusu ilə anlaşdı

16:53 - 11 İyul 2026

"Bolonya"nın hücumçusu Ferran Torres karyerasını Fransada davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, PSJ ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

Liqa 1 nəhəngi Torreslə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. PSJ 26 yaşlı forvardın klubu ilə dünya çempionatından sonra danışıqlar aparmağı planlaşdırır.

Qeyd edək ki, "Barselona" Ferran Torresi 2022-ci ilin yanvarında "Mançester Siti"dən transfer edib. İspaniya millisinin üzvü 2025/26 mövsümündə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti