Millətlər Liqası ərəfəsində milli üzvlərinin mütəmadi oyun praktikası qazanması, yaxşı performans sərgiləməsi olduqca vacibdir. Sportal.az saytına açıqlama verən milli komandamızın baş məşqçisi Ayxan Abbasov bu barədə danışıb:
"Hər bir milli üzvünün önə çıxması, üzdə olması bizi çox sevindirir. Çünki çətin vəziyyətlə üzləmişik. Bəhlul Mustafazadə zədəlidir, oynamayıb. Renat Dadaşov, Rahil Məmmədov hələ ki klubsuzdur. Şükürlər olsun ki, Elvin Cəfərquliyev "Qarabağ"da əsas heyətə qayıtdı. Rüfət Abdullazadənin yeni klubunda qol vurması, Rəhman Daşdəmirovun "Sabah"da ilk onbirlikdə yer alması ürəkaçan mənzərədir.
Emrelinin də "Rakov"dakı performansı sevindirir. Ötən mövsüm klubunda oynamayan Mahirin Fransa ilə oyunda meydana start heyətdə çıxması yaxşı qarşılanmamışdı. Amma mən həmişə demişəm ki, əlimizdə olan futbolçuları itirməyə yox, qazanmağa çalışmalıyıq. İnanın, Fransa oyunundan sonra Mahirə klubunda münasibət yaxşı mənada dəyişmişdi".
saytlarin hazirlanmasi
