FİFA-dan gələn açıqlama “Səbail”i sevindirib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, dünya futbol qurumu kluba qoyduğu transfer qadağasını götürüb.
Hadisənin məğzi odur ki, “dənizçilər”in keçmiş legioneri Mustafa Yakubu qarşısında götürdüyü maliyyə öhdəliyini vaxtında yerinə yetirə bilməyib.
Problemi həll edilməyən oyunçu FİFA-ya müraciət edib. Ali futbol qurumu şikayəti araşdırdıqdan sonra onu haqlı sayıb və “Səbail”ə 1 il müddətinə transfer cəzası verib.
Yakubu ötən ilin sentyabrında bura gəlib. Daha öncə İsraildə “Hapoel Umm Al-Fahm”ın formasını geyinmiş qanalı cinah yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.
Elvin Məmmədovun bəyəndiyi afrikalını Adil Şükürov bəyənməyib. Dekabrda görəvə gəlmiş yeni baş məşqçi onu bu ilin əvvəlində düşərgədən yola salıb.
Klub mövsümün son 3 ayında maliyyə problemləri ilə üzləşdiyindən, qanalının maaş borcunu ödəyə bilməyib. O da belədə FİFA-ya baş vurub.
Yalnız "Səbail"in yeni rəhbərliyi əlini cibinə salandan sonra problem aradan qalxıb. Səbəbkarın borcu tam şəkildə bağlanıb.
saytlarin hazirlanmasi
