"Milan" serbiyalı müdafiəçini transfer etmək istəyir

10:24 - 12 Sentyabr 2026

"Milan" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi "Nottingem Forest"də çıxış edən Nikola Milenkoviçi transfer etmək variantını nəzərdən keçirir. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

"Milan"ın baş məşqçisi Ruben Amorim serbiyalı futbolçunu komandasında görmək istəyir. "Rossoneri" 28 yaşlı mərkəz müdafiəçisi üçün yanvarda İngiltərə klubuna təklif göndərəcək.

Qeyd edək ki, "Nottingem Forest" Nikola Milenkoviçi 2024-cü ilin yayında "Fiorentina"dan 12 milyon avroya transfer edib. Serbiya millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.

Xəbər xətti