“Qarabağ”ın futbolçusu Taofiq İsmahil Misli Premyer Liqasının 5-ci turunda "Zirə"yə qarşı (1:1) keçirilmiş matçla bağlı danışıb.
Sportal.az saytına açıqlama verən Ağdam klubunun yeni transferi start heyətində yer almamasına da münasibət bildirib:
"Çətin oyun idi. Qalib gəlmək istəyirdik. Amma baş tutmadı. Elə də böyük bir problem yoxdur: bu dəfə qalib gələ bilmədik, amma ümid edirəm ki, növbəti dəfə qalib gələcəyik. İlk məhsuldar ötürməm haqda nə deyə bilərəm? Bəli, yaxşı, xüsusi bir şey yoxdur. Əsas odur ki, qalib gələk. Heç-heçə etdik, amma növbəti oyunda qalib gəlməliyik, çünki çempionluq uğrunda mübarizə aparırıq. Hələ ki, start heyətində başlamamışam, amma bununla bağlı problem görmürəm. Ona görə də, hələlik belə olmalıdır. Bu normaldır, iş prosesidir. Meydana çıxanda komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm".
Mirbağırağa
