"Qalatasaray"dan ayrılan İkardi bu kluba keçə bilər

11:49 - 14 Sentyabr 2026

"Qalatasaray"dan ayrıldıqdan sonra klubsuz qalan Mauro İkardi Yunanıstan klubuna keçə bilər.

Sportal.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı forvard "Olimpiakos"un maraq dairəsindədir.

Hazırda tərəflər arasında danışıqlar gedir. Yunanlar İkardini maliyyə məsələsində razı salarsa, 1+1 illik müqavilə imzalanacaq.

33 yaşlı futbolçu karyerası ərzində “Sampdoriya”, “İnter”, PSJ klublarında oynayıb.

Xəbər xətti